Проза.ру

Xatire

Ilk defe quslari qusatan ile vurmagi mene o oyretmisdi. O oglan kimi bir qiz idi. O vaxt onun 20 menim ise 7-8 yasim olardi. Ne bilim, belke atasi oglan isteyirdi, qiz oldugu ucun onu oglan kimi boyutmusdu. Indiki kimi yadimdadir, ona dedim qus vurmaq isteyirem, 10 deqiqeye, yaxsi bir qusatan duzeltdi. Helem-helem oglanlar bele birisini duzelde bilmezdiler. O da yadimdadir ki, cox serrast atici idi.
Usaq idim evlenmekden basim cixmirdi, esitdim ki, Xatireni qaciriblar. Oz-ozume fikirlesdim, esi bu oglan kimi qizi kim qacirib goresen. O oglanla tanis olmaq istedim. Sonralar oyrendim ki, Xatireni qaciran oglan onun oz dogma dayisi oglu imis. Oz-ozume sorusdum: Rusiyada yasayan qohumu ucun qacirilan bu qizcigaz goresen yemek bisire bilir?
Iller otdu, onu seherde gormediyimden zenn etdim ki, Rusiyaya kocubler. Xatireni gormek isteyim meni rahat buraxmirdi. Ele bil meni ona baglayan nese var idi. Ola bilsin usaqliq xatireleri hafizemde cox boyuk iz buraxmisdi. O maraq yadimda qalmis oglan kimi qizi, onun indi, aile qurmus insana cevrilmesini gormek arzusu icimde her zaman qalmaqda idi.
10 il kecdi. Esitdim ki, 2 ovladi var. Rusiyanin hansisa meshur vilayetinde ailesinle yasayir. Maraqli da olsa onun ana olmasina men de sevindim. Men dusunurdum ki, o ana ola bilmezdi. Anlamiram, insana herden ele hislere qapila bilir ki, ozu de onlari anlamir.
Zaman otub kecdi. Erinden dava-dalasla ayrildigini ve dogma Azerbaycana, Bakiya qayitdigini esitdim. Axtardim – aradim, oyrendim ki, Bakida bir ev alib 2 oglu ile o evde qalir. Usaqlar yekelir o ise yaslanirdi. Genc iken oglana oxsayan Xatire usaqlarini aciq alinla, atasiz boyuden tenha ana kimi yasamaga mehkum idi. Ismetini temiz qoruyub saxlayan qadinlar kimi..
Bibimgil onlara qonsu olandan beri tez-tez onlra bas cekib kohne tanislarimi da gorurdum. Onlar meni tanimasa da onlarin heyati meni dusundurur ve maraqandirirdi. Bir gun melum oldu ki, Xatirenin usaqlarinin atasi Rusiyada olan ev-esiyini satib Bakiya donub. Burada ise arayib ailesi qaldigi evi tapib, onlara qonaq gelib. Evden qovulmayan kecmis atani usaqlar tanimadigini bibime soyleyen Xatire aglamisdi. Onlari qinayan bir kes tapilmazdi. Usaqlara ata lazim olan vaxt hansisa xoxol qadinla vaxt kecirirdi. Ozu haqda xeber verseydi bele de olmazdi. Menim 24 yasim var idi o zaman. O usaqlarin gozunde atasizliq hissini gorduyumu hec zaman unutmaram.
Xatirenin Rusiyadan gelen eri xeste idi. Oradaki qadinlar, ickiler, bos ve yersiz heyat terzi onu mehv etmisdi. Sekere tutulan kisi eriyib cope donmusdu. Qeribe de olsa onun o 2 ciyerpara oglu o ataya damla qeder de regbet ve isti munasibet beslemirdi.
Universiteti teze bitiren telebe illerini goye ucururdum. Meni gelecek ve boyuk arzular gozleyirdi. Bir nece il sonra esitdim ki, o kisi kecirdiyi infarktdan sonra rehmete gedib. Bibimgil soyleyirdiler ki, o usaqlar artiq boyuk olsalar da atalarinin itkisini yad bir insanin olumu kimi qebul etmisler. Yasda atalarinin cenazelerini ciyinlerine mecburen goturmusduler. Bu insanin heyatindan ozume yaxsi bir ders almisdim.
5 il daha kecdi. Oturmusdum bibimgilde eyvanda. Bibim artiq heyatda yox idi, amma o qadin hele sag idi. Birden heyetde tanis bir insani gordum. Usaqliqdan oglana, indise kisiye benzer o qadin butun vucudile, yerisi ve durusu ile kisini xatirladirdi. Xatire oz evlerine teref gelib evin kandarindaki pillekende oturdu, yaman fikirli gorsenirdi, ele bil harasa cox uzaqlara baxirdi. Hava soyuq olsa da o usumurdu, cunki o artiq bu soyuqlara oyresmisdi. Eynindeki paltar da nazik idi. Oktyabrin evvelleri olsa da hemin gun cox soyuq idi. Xatire artiq kicik oglunu esgerliye yola salmisdi. O artiq cavan deyildi. Saclarina den de dusmusdu. Ona baxa-baxa qelbimden agrili simler kecdi:
Saclarini da, omurlerini de qadinlardan tez itiren kisilerden ferqli olan qadinlar axi bu heyati davam etdirmelidirler. Ozluyumde fikirlesdiyim bir sey var bu omru yasayan minlerle qadin axi ne cekir? Xatire kimi kisi qadinlari deyirem.

Elcin Huseynov
elchinh@mail.ru
Tuesday, March 13, 2012, 23:40:29


Рецензии
Разделы: авторы / произведения / рецензии / поиск / вход для авторов / регистрация / о сервере     Ресурсы: Стихи.ру / Проза.ру